“Ermənistan Rusiyaya zidd gedir”

Paylaşın

“Ermənistan Rusiyaya zidd gedir”.

News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Qafar Çaxmaqlı Rusiya-Ermənistan münasibətləri barədə danışarkən deyib:
” Ermənistan Rusiyaya zidd gedir. Rusiyanın Ermənistan ərazisində yerləşən 102-ci bazasının Ermənistandan çıxarılması məsələsi var. Rusiya Ermənistanı əldən buraxmaq istəmir. Ermənistan baş naziri sonuncu mətbuat konfransında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması barədə suala cavab verdi. Paşinyan qeyd etdi ki, Ermənistan təşkilatdan çıxmır, təşkilat Ermənistandan çıxır. Paşinyan bildirir ki, təşkilat Ermənistana diqqət yetirmir, öhdəliklərini yerinə yetirmir. Rusiya Ermənistanı əldən buraxmamaq üçün tədbirlər görəcək “.

Siyasi şərhçi bildirir ki, sülh müqaviləsinin imzalanması Ermənistandan asılıdır. Ermənistan prosesi uzatmağa çalışır. Məsələni beynəlmiləlləşdirir. Bu isə Rusiyanın Ermənistana təsirinin zəifləməsi ilə bağlıdır.