” Cənab Prezidentin çıxışındakı mesajlar Ermənistandan daha çox Ermənistanın havadarlarına idi”

Paylaşın

” Cənab Prezidentin çıxışındakı mesajlar Ermənistandan daha çox Ermənistanın havadarlarına idi”.

News365.az xəbər verir ki, bu sözləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib:

“Bu mesaj Ermənistanı müdafiə edən, Ermənistandan istifadə edərək regiondakı prosesləri pozmaq istəyən, Azərbaycan və Türkiyəyə təsir göstərmək istəyən qüvvələrə yönəlib. Prezidentin Almaniya səfərindən sonra Almaniyanın mövqeyi dəyişdi. Almaniya Kanslerinin bəyanatında dəyişiklik oldu. Azərbaycan Avropanın enerji təchizatında önəmli rol oynayır. Bu da istər- istəməz ağıllı siyasətçilərə təsir göstərir. Eyni zamanda Avropa İttifaqı Mülki Missiyasının tərkibində Ermənistana gələn Fransa Jandarmı və alman polislərini göndərənlərə də bir mesaj verildi”,-deyə partiya sədri vurğulayıb.

Qeyd edək ki, İlham Əliyev Talış kəndində səfərdə olarkən etdiyi çıxışında Ermnistana və onun arxasında duran qüvvələrə mesaj verib:

“Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var”,-deyə Prezident bildirib.