“Bu ikili standartların növbəti istiqamətdə fəaliyyət göstəricisidir”

Paylaşın

Beynəlxalq təhlükəsizliyə ən ciddi təhdid yaradan amillərdən biri də mina terrorudur.
Bunu news365.az-a açıqlamasında millət vəkili Elşad Mirbəşir bildirib.
“Məhz Ermənistanın bugün də sistemli şəkildə Azərbaycana qarşı həyata keçirdiyi mina terroru ilə bağlı beynəlxalq müstəvidə hər hansı bir mövqe sərgilənmir. Bu da düşünürəm ki, ikili standartların növbəti istiqamətdə fəaliyyət göstəricisidir” deyə millət vəkili vurğulayıb.

K.H
News365.az