” Müharibənin bitməsinin 3- cü ilinə qədəm qoymuşuq, hələ bir nəticə yoxdur”.
News365.az xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Ceyhun Məmmədov deyir. Millət vəkili qeyd edir ki, Ermənistan əməlləri ilə Azərbaycana güc yolundan başqa yol buraxmır:
“Biz 44 günlük müharibədə gördük ki, Ermənistan öz əsgərlərini hərbi maşınların sükanına zəncirlə bağlayırdı. Ermənistan ordusunda 11 min nəfər fərari oldu. Bu faktlar ordunun vəziyyətindən xəbər verir. Bizim daha 30 il gözləmək niyyətimiz yoxdur. İndi Azərbaycan hərbi əməliyyata başlasa, 44 gün çəkməyəcək, Ermənistan ordusunun indiki vəziyyətinə görə bir neçə günə proses həll olunacaq. Ermənistan ordusunun müdafiə qabiliyyəti çox aşağı düşüb. Təbii ki, əməliyyatın keçirilməsi tapşırığı Cənab Prezidentin səlahiyyətindədir. Millət vəkili olaraq insanların arasındayam. Bu gün insanlar deyirlər ki, biz nə vaxta qədər Ermənistanın nazı ilə oynayacağıq?!Nə delimitasiya prosesi gedir, nə demarkasiya gedir, nə Zəngəzur dəhlizi açılır. Əməliyyatların keçirilməsi labüddür”.