Bakıda ağac əkib becərmək çox çətindir

Paylaşın

Bakı şəhərində bir ağacı əkib becərmək çox çətindir.
Bunu news365.az-a açıqlamasında BŞİH-in Yaşıllaşdırma Təsərrüfatı birliyinin baş mühəndisi Cavanşir Məmmədli bildirib.
Bakıda 365 gündən 300-ündə külək əsir. Torpaq qatının qalın, qeyri-münbit olması Bakı və ətrafında əkib becərmədə çətinliklər yaradır. Bu mənada Bakıda yaşıllıqların artırılması həm maliyyə, həm də əmək nöqteyi nəzərindən çətinliklər yaradır” deyə C.Məmmədli bildirib.

K.H
News365.az