Azərbaycan İsrailin ən çox silah satdığı ölkələrdəndir

Paylaşın

Statistikaya əsasən, 2017- ci ildə Azərbaycan İsrailin ən çox silah satdığı üçüncü  ölkə idi. Keçən 4 ildə Azərbaycan bu siyahıda ikinci yerə yüksəlib. Birinci yeri isə Hindistan tutur. Üçüncü yeri isə Filippin tutur. Azərbaycanın ən çox aldığı silahlar raket, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləridir.
News365.az xəbər verir ki, hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə Azərbaycan ordusunun istifadəsində  bir neçə təyinatda pilotsuz uçuş aparatları mövcuddur:
” Azərbaycan ordusunun istifadəsində müşahidə, zərbə və silahlı pilotsuz uçuş aparatları mövcuddur. Bu sinifə daxil olan PUA- ların ikisi İsrail istehsalıdır. “Hermes-450”, “Heron” kəşfiyyat PUA-sı, ” HAROP” kamikadze PUA-sını qeyd edə bilərik. Bununla yanaşı Azərbaycan İsraildən “Dəmir Qübbə ” adlı hava hücumundan müdafiə sistemini satın alıb. ” Dəmir Qübbə ” hava hücumundan müdafiə sisteminin raket kompleksi adlanan “Barak-8″ unikal zenit raket sistemlərindən biridir”.