“Ermənistanın baş naziri Nikol Paşinyanın beynəlxalq mexanizmlərin yaradılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət etmək təklifi sadəcə inanılmaz söz oyunudur”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.
“Paşinyanın müvafiq nitqində nəyi nəzərdə tutduğuna dair heç bir fikir yürütməyə və dediklərini təhlil etməyə cəhd etməyəcəyəm. Razılaşmaları və sazişləri də xatırlatmayacağam. Çünki bu ifadə o qədər izaholunmazdır ki, onu izah etmək fikrində deyiləm. Bu, inanılmaz söz oyunudur. Mən heç nə anlamadım” – deyə Zaxarova qeyd edib.