Martın 20-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü planlaşdırılır. Görüş Rusiyada baş tutacaq. Görüşdə hansı məsələlərin müzakirəsi gözlənilir?
News365.az xəbər verir ki, siyasi şərhçi Oqtay Qasımovun fikrincə, Rusiya Avropa İttifaqı missiyasını əraziyə gətirməsi ilə bağlı Ermənistandan açıqlama tələb edəcək:
“Ararat Mirzoyanın Rusiya səfəri zamanı xeyli məsələlər müzakirə olunacaq. Təbii ki, Avropa İttifaqı mülki missiyasının Ermənistan ərazisində yerləşdirilməsi müzakirə olunacaq. Ermənistan buna görə Rusiyaya açıqlama verəcək. Eyni zamanda Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı demonstrativ davranışları müzakirə olunacaq”.