Qurbanqulu Berdiməhəmmədov Ərdoğanın Nobel sülh mükafatına namizədliyini İRƏLİ SÜRDÜ

Paylaşın

Türkmənistan Xalq Məsləhətinin sədri, ölkənin sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsini təklif edib.

Siyasətçi bu təkliflə Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edib.

Berdiməhəmmədov deyib ki, artıq 22 ildir görkəmli şəxsiyyət və dünyamiqyaslı siyasi xadim Ərdoğanla yaxından tanışdır.
Onun fikrincə, Türkiyə Prezidenti tək öz xalqı üçün deyil, həm də bütün müsəlman xalqlarının sülh şəraitində yaşaması üçün böyük işlər görür.

“Bundan irəli gələrək Türkiyə Respublikası Prezidentinin Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsi təklif olunur. Biz hamımız bütün müvafiq qərarları tam dəstəkləyirik. O bu beynəlxalq mükafata layiq rəhbərdir”, – Türkmənistanın eks-rəhbəri deyib.