“Qarabağ” – “Qalatasaray” oyununa 7 saata 40 min bilet satıldı

Paylaşın

“Qarabağ” – “Qalatasaray” xeyriyyə matçının biletləri bu gün satışa çıxarılıb.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında bildirib ki, artıq 40 mindən çox bilet satılıb (biletin bu gün satışa çıxarılmasından 7 saat ərzində).

Qeyd edək ki, martın 26-ı Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.

Satış məntəqələri:  

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Iticket.az-ın satış məntəqələri;
“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.

Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.