Novruz bayramında necə qidalanaq?

Paylaşın

Bayram günlərində yeməklərin istifadəsini balanslaşdırmaq lazımdır. Normadan artıq qida qəbulu yolverilməzdir.

Bunu news365.az-a açıqlamasında Qida Təhlükəsizliyi İnstititununun mütəxəssisi Leyla  Mehdibəyli bildirib.

“Bayram süfrələrində qızardılmış yeməklərə yox, daha çox sobada bişirilmiş balıq, eləcə də digər ət məhsullarına üstünlük verilməsi məsləhət görülür. Bu emal üsulu həm daha dadlı yemək əldə etməyə, həm də ət məhsullarının tərkibindəki müxtəlif qida  maddələrinin saxlanmasına kömək edir. Yaxşı olar ki, balıq yeməkləri hazırlandıqdan sonra tez bir zamanda istifadə edilsin.”

 

K,H

News365.az