Mülki missiya Ermənistandan çıxarıla bilərmi?

Paylaşın

Martın 20-də Ermənistan xarici işlər naziri ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun görüşü gözlənilir. Ekspertlərin fikrincə, Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsi və Avropa İttifaqı mülki missiyasının Ermənistan ərazisinə gəlməsi Rusiyanı narahat edir. Rusiya Avropa İttifaqının mülki missiyasının Ermənistandan çıxarılmasını təmin edə bilərmi?

News365.az-a açıqlamasında siyasi şərhçi Əlimusa İbrahimov bildirir ki, missiyanın bölgədən çıxarılması üçün artıq gecdir:
” Rusiya Ermənistan ərazisində yerləşən mülki missiyanın oradan çıxarılmasına nail ola bilməyəcək. Ancaq ola bilər ki, missiyanın bölgədə qalma müddətinin uzadılmasının qarşısı alınsın. Hazırda missiyanın bölgədən göndərilməsi üçün artıq gecdir”.