Moskva ilə Bakı arasında nələr müzakirə olundu?

Paylaşın

Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.
Telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib.

News365.az xəbər verir ki, araşdırmaçı jurnalist Elçin Alıoğlu Moskva ilə Bakı arasında müzakirə edilən məsələləri şərh edib. Onun fikrincə, regionda təhdid olan İran amili və üçtərəfli bəyanatın müddəalarının icrası məsələləri ilə yanaşı iqtisadi məsələlər müzakirə edilib:

” Birinci məsələ Zəngəzur dəhlizi və orta dəhliz adlanan məsələdir. Orta dəhliz məsələsi yaxın aylarda daha da aktuallaşacaq. Məsələ Rusiyanın Türküstana, ordan Azərbaycana, Azərbaycandan Türkiyəyə və dünya bazarlarına çıxışı məsələsidir. Qərbi Rusiyaya tətbiq olunan sanksiyalar artır. Bu siyasətin Rusiyanın parçalanmasına və məhv olmasına yönəlmiş olduğunu anlayırıq. Qərb siyasətçiləri bunu bildirirlər. Azərbaycan Rusiyanın parçalanmasını istəmir. Çünki biz Rusiya ilə strateji tərəfdaşıq.
İkincisi, karbohidrogenlər və enerji daşıyıcıları məsələsidir ki, Rusiya həmin karbohidrogenləri Azərbaycan vasitəsilə dünya bazarına çıxarmaq istəyir. Bunun üçün Azərbaycanda yeni emal müəssisələrinin tikilməsi, yeni limanların modernizasiya edilməsi məsələsi var.
Üçüncü isə, Rusiya Türkiyə qaz bazarını itirəndən sonra yeni qaz bazarı axtarışına çıxıb. Qaz bazarı tapmaq asan məsələ deyil. Bir boru kəməri ilə məsələ həll edilmir. Bunun üçün çoxlu terminalların tikilməsinə ehtiyac var. Bu səbəbdən Azərbaycan qazı ilə birgə Rusiya qazının da dünya bazarlarına çıxarılması məsələsi müzakirə olunmuş ola bilər. Ancaq bu Avropa ilə müzakirələrdən sonra reallaşa bilər. Əks təqdirdə Azərbaycan hər hansı dövlətə görə ikili sanksiyalara məruz qala bilər”.