Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadəni gecə saatlarında yolu keçərkən avtomobil vurub.
Aytacın səhhəti ilə bağlı xəbər almaq üçün rəqqasə Fatimə ilə əlaqə saxladıq.
Fətəliyeva bildirib ki, Aytacın kəllə sümüyündə çatlar aşkarlanıb:
“Aytacın vəziyyəti ağırdır. O ayılsa da, həkimlər onu yenidən yatızdırıb. Onun oyanmasına icazə vermirlər. Çünki beyni zədələnib. Əgər oyansa beyninə qan sıza bilər. Hazırda həkimlər beynindəki mayeni saxlamağa çalışırlar. Onun kəllə sümüyündə çat var. Həkimlər bütün lazımlı müdaxilələri ediblər. Əlimizdən gələn tək şey Aytac üçün dua etməkdir. O, çox gəncdir. Dua edək ki, tez sağalsın və aramıza qayıtsın”.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı “Kratos” restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu avtomobili vurub.