“İnflyasiya son dövrlərdə dünyada ciddi problemə çevrilib. O cümlədən, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə də bu problem müşahidə olunub”.
Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il üçün hesabatını Milli Məclisə təqdim edərkən bildirib.
“Ötən il dünya üzrə orta illik inflyasiya 20,4 faizə bərabər olub. Bu proses qiymətlərin ümumi səviyyəsinin artmasına da səbəb olub. 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faizə bərabər olub. Xüsusilə də, idxal olunan ərzaq məhsullarının qiymətində artım müşahidə olunub. Azərbaycandakı inflyasiya əsasən idxal olunmuş inflyasiyadır”, – deyə Baş nazir əlavə edib.