“Bilirdik, bizim ümidimiz vardı ki, biz qayıdacayıq ora. Nə vaxtsa qayıdacağıq. Bu gün qayıtdıq. Doğmalarımızın qəbirlərini də gəldik, ziyarət elədik. Allah qoysa yerimiz tikilər, gözəlləşər, biz qayıdarıq öz Vətənimizə”
Bu sözləri News365.az saytına 30 illik ayrılıqdan sonra Ağdama qayıdan Məhərrəm Əsədov deyib. Ağdam sakini bildirir ki, ermənilər şəhəri viran qoyublar. Məhərrəm Əsədovun Ağdamdakı evi də dağıdılıb:
“Ermənilər hal-hazırda xarabalığa çeviriblər buraları. Təmiz söküb, dağıdıblar. 3 otaqlı ev idi. İndi baxıram 3 otaqlı evdən əsər-əlamət qalmayıb. Baxıram indi heç nə yoxdu. Darmadağın olub”.
Artıq Ağdamda yenidənqurma işlərinə start verilib. Və qayıdışa hazırlıq sürətlə davam etdirilir.