800 minə yaxın kiçik və orta sahibkarı nə gözləyir? – Yeni QAYDA

Paylaşın

“ƏDV üçün qeydiyyata düşməyi məcbur edən 200 min manatlıq limitin azaldılması ciddi fəsadlar yaradacaq”.

Bu fikirləri  iqtisadçı ekspert Natiq Cəfərli söyləyib. O, son günlər müzakirə olunan bu layihənin doğru olmadığı qənaətindədir:

“Belə olacağı təqdirdə hər şey dövlətin, ya da ki, 2-3 iri holdinqin əlində cəmləşəcək. Biz hamımız isə onların işçilərinə çevriləcəyik”.

Ekspert bildirib ki, bütün dünyada iqtisadi sabitliyin sütunu kiçik və orta biznes strukturlarıdır:

“Hazırda ölkəmizdə 800 minə yaxın kiçik və orta sahibkar var. Əgər bu qayda qüvvəyə minsə onda bu qədər sahibkarlıq subyekti ciddi zərər görmüş olacaq.. Biz illərdir deyirik ki, limit 1 milyon manata qaldırılsın. Yəni kiçik-orta sahibkarlara nəfəs verilsin, şərait yaradılsın. İndi bu qayda hər şeyi köhnə axarına qaytara bilər, bundan son nəticədə ölkə iqtisadiyyatı və əhalisi böyük zərər görəcək”.

Surxay Atakişiyev.