“Türk dövlətlərinin birliyi istiqamətində ciddi addımlar atılır”

Paylaşın

“Bu gün türk dövlətlərinin birləşməsi və ortaq güc ortaya qoyması üçün çox yaxşı şərait yaranıb”.

News365.az xəbər verir ki, bu sözləri  Milli Məclisin üzvü Ceyhun Məmmədov Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşünün əhəmiyyəti barədə danışarkən deyib:

“Əvvəlki dövrlərdə bu istiqamətdə müxtəlif səbəblərdən ciddi addımlar ata bilmirdik. Ancaq indi bu addımlar atılır. Hesab edirəm ki, dünyanın qarışıq olduğu bu dövrdə türk dövlətlərinin əməkdaşlığı gücləndirməsi və belə tədbirlər keçirməsi çox önəmlidir. Bu günkü tədbirdə əsas təşəbbüskarlarından biri Cənab Prezident İlham Əliyevdir. Onun bu istiqamətdə çox ciddi addımlar atdığını görürük. Azərbaycanın xarici siyasətində də aktivlik özünü göstərir. Belə bir görüşün Şuşada keçirilməsi planlaşdırılırdı. Lakin görüşün Ankarada keçirilməsi təşəbbüsü irəli sürüldü. İnanıram ki, bu görüş sonuncu deyil, yaxın vaxtlarda Şuşada da belə bir görüş keçiriləcək “.

Qeyd edək ki,  TDT Zirvə görüşünün Türkiyədə keçirilməsi təşəbbüsünü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  bu təşəbbüsə görə təşəkkürünü bildirib.