Bəzi insanlar böyük məsafəni velosipedlə qət etmək gücündədir.
Bunu news365.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.
O vurğulayıb ki, bəzi şəxslər velosipedlə rayonlara belə gedə bilir. Amma onlar üçün şərait olmadığına görə özünü riskə atmaq istəmir. Yol şəbəkəsi və s.məsələlər problemlərə yol açır. Dünyanın heç bir yerində belə bir məsələ yoxdur ki, müəyyən səkiləri kəsib velosipedlərə yol çəksinlər. Çünki BNA-nın özünün də şüarı budur ki, səkilər piyadalar üçündür.