Nikol Paşinyanın Azərbaycanın sərhədyanı bölgələrdə vəziyyəti gərginləşdirəcəyini iddia etməsi Ermənistanın öz mümkün hərbi təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımdır. Eyni zamanda beynəlxalq hüquqi normaları heçə sayan Ermənistan tərəfinin “beynəlxalq mexanizmlər”, “beynəlxalq zəmanət institutu” kimi ideyalarla çıxış etməsi Ermənistanın sülh sazişində maraqlı olmadığının göstəricisidir.
Siyasi şərhçilər də Ermənistanın və onun havadarlarının sülh prosesini uzatmağa çalışdıqlarını bildirirlər. Ermənistan sülh prosesini nə vaxta qədər uzada bilər?
News365.az xəbər verir ki, siyasi şərhçi Elxan Şükürlü bildirir ki, Ermənistanın planı ən tezi Türkiyədə prezident seçkilərinin bitməsinə qədər müddəti uzarmaqdır:
” Ermənistan təhrikedici siyasət həyata keçirir. Azərbaycanı Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə hərbi əməliyyatlar aparmağa çəkir. Buna nail olduqdan sonra Avropa missiyasının bölgəyə gətirilməsini tələb edəcək. Bütün bu planların bir məqsədi var. Paşinyan və onun Qərbdəki himayədarları sülh prosesini Rusiya- Ukrayna savaşının nəticəsi bilinənə qədər uzatmağa çalışır. Minimum müddətdə isə ən azından Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticəsi bilinənədək uzatmağa çalışırlar. Bunları Erməni analitiklərinin və siyasətçilərinin çıxışlarından aydın görmək olur”.
Bəs beynəlxalq hüquq Azərbaycanın icazəsi olmadan faktaraşdırıcı missiyanın bölgəyə gəlməsinə imkan verir?
Siyasi şərhçi bildirir ki, faktaraşdırıcı missiyanın Azərbaycan ərazisinə gəlməsinə Azərbaycan razılıq verməlidir:
“Bütün bunlar əbəsdir. Faktaraşdırıcı missiyanın Azərbaycan ərazisinə gəlməsinə Azərbaycan razılıq verməlidir. Azərbaycan da bu razılığı verməz”.