“Onlar arasında dil, din birliyindən əlavə müəyyən səmimiyyət mövcuddur”

Paylaşın

” Beynəlxalq münasibətlər sistemində mövcud olan münasibətlər arasında Azərbaycan – Türkiyə münasibətləri fərqli hesab olunur”.

Bu sözləri News365.az saytına açıqlamasında siyasi şərhçi Əhməd Əlili bildirib. Siyasi şərhçi qeyd edir ki, Azərbaycan və Türkiyə liderləri arasında səmimiyyət digər dövlətlərə də pozitiv mənada təsir edir:

“Onlar arasında dil, din birliyindən əlavə müəyyən səmimiyyət mövcuddur. İki ölkənin liderləri arasında olan bu pozitiv məqam daim özünü göstərir. 2020-ci ildən sonra Avrasiya ölkələri üçün Azərbaycan və Türkiyə vacib geosiyasi kapitala çevrilib. Mərkəzi Avropa ölkələrinin Azərbaycan və Türkiyə alyansına yaxınlaşmaq istəkləri oldu.  Azərbaycan – Türkiyə münasibətlərinin pozitiv mənada digər türk dövlətlərinə də təsir etdiyini görürük. Azərbaycan və Türkiyə arasında onlayn müzakirələr daim olur. Tez-tez ölkə başçılarının səfərləri baş tutur”.

Politoloq bildirir ki, Azərbaycan – Türkiyə münasibətləri post-sovet məkanı və Mərkəzi Asiya, eyni zamanda dünya üçün pozitiv nəticələrə gətirib çıxaracaq .