“Laçın yoluna içkili vəziyyətdə baxıb”

Paylaşın

NATO-nun keçmiş baş katibi Rasmussenin korrupsiyayla məşğul olmasıyla bağlı kifayət qədər faktlar var. Eyni zamanda “konyak diplomatiyası” da istisna deyil.
Bunu news365.az-a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib.
“Biz bilirik ki, vaxtilə konyak diplomatiyasının dırnaqarası personajlarından birində Rasmussen idi. Görünür, o, Laçın yoluna müəyyən qraduslar altında, içkili vəziyyətdə baxıb. Erməni lobbisindən yemlənən siyasilərin sırasına daha biri daxil olub. Amma bu onun vaxtilə daşıdığı vəzifəyə hörmətsizlikdir. Biz bilirik ki, belə personajları Ermənistan ona görə regiona gətirir ki, özlərinə imic qazansınlar. Keçmiş siyasətçilər konyak təsiri altında qərar verirsə, bu da başadüşüləndir”,-deyə ekspert əlavə edib.