“Formula 1” çempionatının təqvimindəki Qran-prilərin müqavilə müddətləri açıqlanıb.
“Planetf1.com” saytının məlumatına görə, 2023-cü ilin təqvimini təşkil edən 23 Qran-prinin “Formula 1”lə sözləşməsi müxtəlif illəri əhatə edir.
Artıq bu il çempionatın Belçika mərhələsi ilə anlaşması başa çatacaq. Azərbaycan Qran-prisi ilə müqavilə isə 2024-cü ilə qədərdir.
Belçika – 2023
Azərbaycan – 2024
Böyük Britaniya – 2024
Yaponiya – 2024
Emiliya Romanya (İtaliya) – 2025
Monako – 2025
Niderland – 2025
Monza (İtaliya) – 2025
Meksika – 2025
Braziliya – 2025
Las Veqas (ABŞ) – 2025
İspaniya – 2026
Ostin (ABŞ) – 2026
Avstriya – 2027
Sinqapur – 2028
Səudiyyə Ərəbistanı – 2030
Birləşmiş Ərəb Əmirlikləri – 2030
Mayami (ABŞ) – 2031
Kanada – 2031
Macarıstan – 2032
Qətər – 2032
Bəhreyn – 2036
Avstraliya – 2037