“Başakşehir” “Gent”ə uduzdu, mübarizəni dayandırdı

Paylaşın

Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Ilk oyun günündə bir görüş keçirilib.

Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belçika “Gent”i Türkiyənin “Başakşehir” klubunun qonağı olub. Matçda “Gent” 4:1 hesablı qələbə qazanıb. Komandalar arasındakı ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb. İki oyunun cəmində “Gent” 1/4 finala adlayıb. 
1/8 finalın digər cavab görüşləri martın 16-da olacaq.

15 mart

UEFA Konfrans Liqası 

1/8 final, cavab oyunları

21:00. “Başakşehir” (Türkiyə) – “Gent” (Belçika) – 1:4

Qollar: Yanuzay, 88 – Gift Orban, 31, 32, 34, Kuypers, 37

İlk oyun – 1:1