“Şeytan detallarda gizlidir”

Paylaşın

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşən Rusiya sülhməramlı kontingentinin Turşsu qəsəbəsi istiqamətindəki müşahidə məntəqəsində üzərində SSRİ gerbi olan qırmızı bayraq qaldırılıb. Məlumata görə, bir müddət sonra bayraq endirilib.

Rusiya bununla nə demək istəyir?

News365.az xəbər verir ki, siyasi şərhçi Kamal Əliyevin fikrincə, bu bir siqnaldır:

” Rusiya sülhməramlıları Qarabağda SSRİ bayrağını qaldırıblar. Bu bayraq artıq yoxdur, Sovet İttifaqı dağılıb. Düzdür, Rusiya Xarici İşlər Nazirliyinin binasında hələ də SSRİ gerbini saxlayırlar. Bu da Rusiyanın imperialist maraqlarından irəli gəlir. Sülhməramlıların qaldırdıqları bayraq sadəcə bir parçadır. Bunu çox böyütmək lazım deyil. Ancaq məsələni kiçiltmək də olmaz. Bir söz var ki, şeytan detallarda gizlidir. Onlar bayraq, gerb, ədiblərin büstü, posteri kimi elementlərlə baza hazırlayırlar. Onlar 2 il sonra da bölgədən çıxmamaq üçün xırda detallardan başlayıb məqsədlərinə doğru gedirlər. Bu Rusiyanın hibrid müharibə taktikasının elementidir. Bu bir siqnaldır”.