Ekspertlərin fikrincə, son zamanlar Ermənistanla Rusiya arasında münasibətlər soyuqlaşıb. Avropa İttifaqının müşahidəçi missiyasının Ermənistana gəlməsi Paşinyanın qərbmeyilli siyasətinə nümunədir. Paşinyan “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”ndan çıxması məsələsini də gündəmə gətirmişdi.
Rusiya Ermənistandan əl çəkə bilərmi?
News365.az saytı xəbər verir ki, politoloq Zaur Məmmədovun fikrincə, Rusiya Ermənistandan imtina etməyəcək:
” Erməni dövlətinin mövcudluğu Cənubi Qafqazda strateji əhəmiyyət daşıyır. Nikol Paşinyan NATO-ya üzvlüklə bağlı müraciət etsə belə, Rusiyanın Ermənistandan imtina etməsindən söhbət gedə bilməz. Əksinə Rusiyanın xarici siyasət kontekstində Ukraynadan sonra Qazaxıstan və Ermənistanla bağlı da bir dövlət statuslu oxşar layihələr ola bilər. Biz bunun nümunəsini Rusiya Belarusiya arasında görmüşük. Bunun müqabilində Rusiya Ermənistanın maraqlarını həyata keçirmək naminə addımlar ata bilər”.