“Heç bir güc mərkəzi Azərbaycanın strateji əhəmiyyətini cırtdan Ermənistana qurban verməyəcək”.
News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Natiq Miri deyib. Siyasi şərhçi qeyd edir ki, Azərbaycan regionda mühüm strateji əhəmiyyət kəsb edir. Buna görə də beynəlxalq güclər Azərbaycanla tərəfdaşlıqda maraqlıdırlar:
” Türkiyə regionda gücdür. Türkiyə güclənməyə davam edəcək və qlobal səviyyədə öz sözünü deyəcək. Regionda maraqlı qüvvələr var. Bu qüvvələrin başında da Amerika Birləşmiş Ştatları durur. Amerikanın Türkiyəyə münasibəti müəyyən mənada dəyişib. Buna səbəb Çinin güclənməsidir. Çinin regionda geosiyasi maraqlarının qarşısını almaq üçün güclü ölkələrə ehtiyac var. Bu ölkələr Türkiyə və Azərbaycan ola bilər. Azərbaycan Cənubi Qafqazda ən strateji və güclü ölkədir. Azərbaycan ABŞ və İsrailin düşməni olan İranın qonşuluğundadır. Bu Azərbaycanın əhəmiyyətini daha da artırır. Eyni zamanda Azərbaycan yeni kommunikasiya sistemlərinin tam qovşağındadır. Regionda güclənməyi Amerika, Rusiya və Çin istəyir. Azərbaycanı proseslərdən kənarda saxlamaq və zəiflətmək mümkün deyil. Heç bir güc mərkəzi Azərbaycanın strateji əhəmiyyətini cırtdan Ermənistana qurban verməyəcək”.