Mirzoyanın Ceyhun Bayramov və Lavrovla görüşə getməməsinin səbəbi açıqlandı – FOTOFAKT

Paylaşın

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 2022-ci ilin dekabrında Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov ilə görüşə getməməsinin səbəbi açıqlanıb.

Bu barədə informasiya Telegram kanallarında yer alıb.

Xatırladaq ki, ötən il dekabrın 23-də xarici işlər naziri Ararat Mirzoyanın Moskvada Rusiya və Azərbaycan XİN başçıları ilə görüşdən imtina etməsi müzakirələrə səbəb olmuşdu.

Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında mövzu ilə bağlı bildirib ki, Mirzoyan obyektiv şəraitə görə görüşə getməyib:

“O günlərdə nazir Laçın dəhlizi ilə bağlı Ermənistanda olmalı idi”.

Lakin məlum olub ki, dekabrın 23-də Ararat Mirzoyan ipoteka müqaviləsi imzalayıb.

Kadastr sənədlərində ipoteka müqaviləsi, bank, satıcı və alıcı arasında bağlanmış müqavilə olub. Bu sənədlərə Ararat Mirzoyan şəxsən imza atıb.

2022-ci il dekabrın 23-də bağlanan müqavilənin tarixi Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşü günü ilə üst-üstə düşür.