Göyçayda zəhərlənən 14 yaşlı qız 9 gün sonra öldü

Paylaşın

Göyçayda dəm qazından zəhərlənən 14 yaşlı qız 9 gün sonra ölüb.
Kürdəmiş kəndində yaşayan 2009-cu il təvəllüdlü Zahidə Məmmədzadə martın 5-də yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib.

O, yaxınları tərəfindən huşsuz vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Oradan Bakı şəhəri Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

Həkimlərin səyinə baxmayaraq, Zahidə Məmmədzadə ötən gün ölüb.