“Fransada islam inancına dair əlamətlərə qadağa qoyulduğunu görürük”

Paylaşın

” Dünyada yüksəlməkdə olan islamafobiya dalğası ilə mübarizənin müzakirəsi üçün konfransda toplaşmışıq. 33 fərqli ölkədən, çox fərqli inanc qruplarından insanlar var. Beynəlxalq təşkilatların sabiq və indiki rəhbərləri var. Qərbdə və Avropada yüksələn islamafobiya dalğasının şahidiyik. Özəlliklə, Fransada islam inancına dair əlamətlərə qadağa qoyulduğunu görürük. Bununla yanaşı Fransanın Azərbaycan – Ermənistan münaqişəsində haqsız olmasına rəğmən Ermənistanı dəstəkləməsi Avropanın ikili standartını göstərir. Ümid edirəm ki, islamafobiya ilə mübarizəmiz davam edəcək və islamafobiyanın qarşısı alıncaq”.

Bu sözləri News365.az saytına açıqlamasında İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan deyib.

Taha Ayhan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə komfransa dəvət olunduğuna görə təşəkkür edib. Fürsətdən istifadə edərək Azərbaycan xalqını  “Novruz Bayramı” münasibətilə təbrik edib.

Qeyd edək ki, martın 15 və 16-da Bakıda İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.