Xəbər verdiyimiz kimi, ölkəmizi bu il “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Zaqatala bölgəsindən olan Tural və Turan Bağmanov qardaşları “Tell Me More” nəğməsi ilə təmsil edəcəklər.
Avropa bukmeykerləri Azərbaycan təmsilçiləri ilə bağlı proqnozlarını açıqlayıblar.
Onların iddialarına görə hazırda Azərbaycanın Liverpulda qalib gəlmə əmsalı 1%-dən də azdır. Bukmeyker kontorları “TuralTuranX” dueti üçün finalda 22-ci yeri proqnozlaşdırır.
Qeyd edək ki, 9-13 may tarixlərində keçiriləcək “Avroviziya-2023” mahnı müsabiqəsi bu il Böyük Britaniyanın Liverpul şəhərində təşkil ediləcək.