“Biz Volodimir Zelenskinin təklif etdiyi 10 maddəlik sülh düsturunu dəstəkləyirik”.
Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib.
Ş.Mişel vurğulayıb ki, məğlubiyyət Ukrayna üçün seçim deyil:
“Biz ədalətli sülh üçün Ukraynanı dəstəkləməkdə davam edəcəyik. Aİ Ukraynaya lazımi dəstəyi göstərməlidir. Rusiya sülh üçün müharibəni dayandırmalı və qoşunlarını Ukrayna ərazisindən çıxarmalıdır. Təəssüf ki, biz Kremlin bunda maraqlı olduğunu görmürük. Buna baxmayaraq, biz sülh uğrunda mübarizəni davam etdiririk”.