“Son iki ildə Azərbaycanla Almaniya arasında iqtisadiyyat dövriyyəsi 57% artıb”

Paylaşın

” Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur. Nəzərə alsaq ki, son iki ildə Azərbaycanla Almaniya arasında iqtisadiyyat dövriyyəsi 57% artıb ( 1 mlrd. 300 mln. dollara yaxındır)”.

Bu sözləri News365. az saytına açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. Deputat bildirir ki, Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı daha da genişləndirəcək:

“Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoymasına imkan yaradacaq. Cənab Prezidentin Almaniyada aparıcı şirkət rəhbərləri ilə görüşündə qeyd edilən məsələlər, əlaqələrin genişləndirilməsi ilə bağlı yeni istiqamətlərin müəyyənləşdirilməsi, xüsusən də alternativ enerji mənbələri sahəsinə Almaniya şirkətlərinin cəlb edilməsi və potensialın reallaşmasının müzakirə olunması ondan xəbər verir ki, iki ölkə həm də innovasiya sahəsində əməkdaşlığı gücləndirəcək. Bu iqtisadi əməkdaşlıq imkan verəcək ki, Azərbaycan Qarabağ, Şərqi Zəngəzur və Naxçıvandan istehsal edəcəyi enerjini ixrac edə bilsin. Bu Azərbaycan ilə Avropa arasında münasibətlərə xüsusi təkan verəcək. Eyni zamanda Almaniyadan innovasiya və texnologiyanın cəlb olunması əsas istiqamətlərdir. Bütün bunlar imkan verəcək ki, Cənab Prezidentin səfərindən sonra münasibətlərin daha da inkişaf etməsinin şahidi olaq”.

Qeyd edək ki, martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb.