” Paşinyanın Putinə zəng eləməsi ciddi bir təyziq qarşısında olduğunu göstərir. Eyni zamanda bilgivermə xarakteri daşıyır. Ola bilər ki, Paşinyan Ermənistan üçün güzəştlər istəyib. Burada Rusiya çox önəmlidir. Ermənistan Azərbaycanla razılaşarsa, bunun Ermənistanda daxili sabitliyi pozmaması və Paşinyan hakimiyyətinə ziyan vurmaması lazımdır. Paşinyan buna görə Kremlin razılığını almalıdır”.
News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Nazim Cəfərsoy martın 13-də Paşinyanın Putinə zəng etməsi barədə danışarkən deyib.
Siyasi şərhçi qeyd edir ki, Ermənistan Azərbaycana qarşı mübarizədə hələ də Rusiyanın dəstəyinə ehtiyac duyur.