İlham Əliyev: “Laçın yolundan hərbi daşımalar üçün istifadə Azərbaycan tərəfini narahat edir”

Paylaşın

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu və Laçın yolundan hərbi məqsədlər, hərbi daşımalar üçün istifadə Azərbaycan tərəfini narahat edir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə bildirib.
Dövlət başçısı Azərbaycanın Laçın yolu ilə bağlı məsələsinə toxunaraq bu yolun blokadada olması barədə Ermənistanın iddialarının tamamilə əsassız olduğunu bildirib, yol üzrə hərəkətin təmin edildiyini, dekabr 12-dən etibarən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4 mindən artıq nəqliyyat vasitəsinin, 150-dən çox tibbi yardıma ehtiyacı olan şəxsin keçdiyini vurğulayıb.