Dəhşətli STATİSTİKA: İranda Novruz çərşənbələrində 15 nəfər ölüb

Paylaşın

İranda Novruz çərşənbələrində 15 nəfər ölüb, 357 nəfər yaralanıb.
Bu barədə İran Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ölüm hallarının 7-si Təbrizdə, 4-ü Tehranda, 2-si Həmədanda , 1-i Urmiyada, daha 1-i isə Qəzvində qeydə alınıb.

Novruz çərşənbələrində 357 nəfər xəsarətlər alıb. Daha çox xəsarət halları Tehranda (91), Şərqi Azərbaycanda (42) və Qərbi Azərbaycanda (21) baş verib.