Bizim alimlərin elmdə çatışmayan cəhəti nədir?

Paylaşın

Bizim alimlərin elmdə çatışmayan cəhəti nədir? İntuisiya, zəruri biliklər, yoxsa intellekt… Böyük fizik Albert Eynşteynin Uolter Ayzekson tərəfindən yazılmış yeni bioqrafiyasından: “Eynşteynin idrakının əsas mənbəyi intuisiya idi. İlk öncə o, fizika sahəsində güclü intuisiyaya malik idi. Eynşteyn nisbilik nəzəriyyəsi üzərində işləyəndə riyaziyyatdan zəngin biliklərə malik deyildi. Onun özü də bunu inkar etmirdi: ” Mənim riyaziyyatdan intuisiyam kifayət qədər güclü deyildi. Bununla yanaşı mənim təbiəti dərk etməyə sonsuz istəyim var idi, lakin tələbə ikən anlamırdım ki, nəzəri fizikaya gedən yol ən mürəkkəb riyazi hesablamalaradan keçir. Bu, mənə uzun illər müstəqil şəkildə elmi tədqiqatlarla məşğul olandan sonra bəlli oldu”. Ayzekson yazır: “Böyük alimə sonradan məlum olmuşdur ki, fizika sahəsində olan güclü intuisiyası bir neçə vacib məsələləri həll etməyə imkan yaratmışdır.”

Filosof Anri Berqson intuisiyanı belə izah edirdi: “instinkt kimi vasitə, intellekt kimi şüurlu.” İntuisiyanı necə formalaşdırmaq olar? Anadangəlmə deyilsə, bunun yollarını axtarmaq lazımdır. Məncə zəruri biliklərə daha çox can atırıq. Bu məktəblilərin işi olmaldır. Son illərin təcrübəsi göstərdi ki, alim olmaqla intellektual olmaq fərqli məsələlərdir.
Eynşteyinin özünə verdiyi sualın cavabı
Böyük fizik Albert Eynşeteyn yazır: Bəzən özümdən soruşuram: necə oldu ki, nisbilik nəzəriyyəsini mən kəşf etdim. Mənə elə gəlir ki, bunun izahı belədir: Adi insan zaman və məkan problemi haqqında düşünmür. Bu haqqda bütün düşüncələr erkən uşaqlıq dövründə baş verir. Mən isə əksinə, o qədər ləng inkişaf etmişəm ki, zaman və məkanın təbiəti haqqında heyrətlənməyim yaşlı dövrümə təsadüf edib. Təbiidir ki, bu halda adi uşaqların yanaşmasından fərqli olaraq, problemə daha dərindən nüfuz edə bildim.”
ALBERT EYNŞTEYN
UŞAQLARA MÜRACİƏT
Əziz uşaqlar!
Sizi – çiçəklənməkdə olan, günəşli ölkənin xoşbəxt gəncliyini qarşımda gördüyüm üçün çox şadam.
Unutmayın ki, məktəbdə öyrəndiyiniz bütün möcüzəli biliklər çoxsaylı nəsillərin əməyinin, böyük zəhmətinin bəhrəsi və dünya ölkələri əhalisinin tükənməz səylərinin nəticəsidir. Bu biliklərin hamısı sizə miras kimi təqdim olunur ki, siz bu sərvəti qəbul edib onun qədrini biləsiniz, ona öz töhfənizi verərək artırasınız və nə vaxtsa öz övladlarınıza əminliklə ötürə biləsiniz. Ölməyə məhkum olan bizlər belə əbədi biliklərə imza atmaqla ölməzliyə qovuşacağıq.
Əgər bunları heç bir zaman yaddan çıxarmasanız, həyatın və insan əməyinin mənasını başa düşəcəksiniz və digər xalqlara və nəsillərə düzgün şəkildə yanaşmağı öyrənəcəksiniz.
Müəllimin əsas məharəti biliklərin və yaradıcı əməyin dərk edilməsinin əhəmiyyətinin sevincini şagirdinə yaşatmaqdır.

 

K.H

News365.az