Bakıdakı qəzadan tükürpədici GÖRÜNTÜ – Qadın pəncərədən ‘uçub’ çölə düşdü/VİDEO

Paylaşın
Bakı dairəvi avtomobil yolunda maşın aşıb, qadın ölüb

Bakı dairəvi avtomobil yolunda maşın aşıb, qadın ölüb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, bu gün paytaxtın kənar dairəvi yolunun 4-cü km-də “KİA” markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlunun maşını yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb, sərnişini, 1991-ci il təvəllüdlü Səbinə Məhərrəmova isə ölüb.

“Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, təəssüflər olsun ki, yenə də bəzi sürücülər yüksək sürətin ölümə səbəb olduğunu belə ağır faciələr başlarına gəldikdən sonra anlayırlar”, – DYP rəsmisi vurğulayıb.

Faktla bağlı araşdırma aparılır.