Azərbaycana qarşı sanksiya tətbiq edilə bilərmi?

Paylaşın

” Ermənistan və Avropa İttifaqındakı ermənipərəstlər istəyirlər ki, bu sənədə istinad edərək Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb etsinlər. Lakin əminəm ki, Azərbaycan – Avropa İttifaqı münasibətlərində kifayət qədər strateji məqamlar var. Bu məsələ onu balanslaşdıra biləcək. Rusiya ilə bağlı məqamda Avropa İttifaqının bütün strukturları hesab edir ki, sanksiya lazımdır. Azərbaycanla bağlı məqamda isə sərhəd məsələsində pozitiv məqamlar da öz əksini tapıb”.

News365.az xəbər verir bu sözləri siyasi şərhçi Əhməd Əlili Ermənistanın Avropa Parlamentinin qətnaməsindan yola çıxaraq sanskiya tələb etməsi barədə danışarkən deyib. Siyasi şərhçi bildirir ki, Azərbaycanın Avropa İttifaqı ilə strateji munasibətləri buna yol verməyəcək.

Beynəlxalq hüquq üzrə ekspert Cavid Abdullazadə də bildirir ki, sanksiya tətbiq olunması üçün üzv dövlətlərin səs çoxluğu olmalıdır:

“Avropa Parlamentinin beynəlxalq hüquqi sanksiya qərarları almaq səlahiyyəti yoxdur. Alacağı qərar sadəcə siyasi xarakterlidir. Beynəlxalq hüquqi sansksiya qərarını almaq üçün 27 üzv ölkənin nazirlərindən ibarət şura səs verməlidir. Səs çoxluğu ilə sanksiyalar qəbul olunur”.

Qeyd edək ki, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməyə hazırlaşır.