“Antiterror əməliyyatının tam zamanıdır”

Paylaşın

” Biz ermənilərə 30 il təklif etdik ki, torpaqlarımız sülh yolu ilə azad edilsin. Sonunda onlar müharibəni seçdilər. Nəticədə azı 6 min erməni əsgəri həlak oldu, 10 min nəfər isə fərrari adı aldı. İndi də antiterror əməliyyatına bizi sövq edirlər. Antiterror əməliyyatının tam zamanıdır. Ona görə ki, sülh əlimizi uzadırıq, geri çevirirlər. Reinteqrasiya təklifi edirik, imtina edirlər. Ermənilərin hiyləgərliklə müddəti uzatması əleyhimizə işləyir”.

News365.az xəbər verir ki, bu sözləri hərbi ekspert Elxan Şıxəliyev deyir. Ekspert bildirir ki, Ermənistan vəziyyəti gərginləşdirməklə Avropa İttifaqı missiyasını Qarabağa da gətirməyə çalışır.

Qeyd edək ki, martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.