“Təmas vasitəçisiz olmalıdır”

Paylaşın

Qarabağın erməni ismasının nümayəndələriylə görüşün Bakıda təklif olunmasının bir başqa əhəmiyyəti də ondadır ki, təmas vasitəçisiz olmalıdır.

Bunu news365.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

“Qarabağdakı təmasların tamamında Rusiya hərbi kontingentinin rəhbərliyi iştirak edib. Kreml bununla həm də tərəflərə mesaj verir ki, “mənsiz dil tapa bilməyəcəksiniz, hər zaman burada olmalıyam”. Qarabağ ermənilərinə sərf edən bu formul bizim maraqlara ziddir. Çünki iki ildən sonra Rusiya hərbi kontingentini Qarabağdan yola salmaq istəyirik. Ona görə də indidən Rusiya hərbi kontingentinin vasitəçiliyi olmadan ermənilərlə görüşməliyik.”

 

K.H

News365.az