“Rusiya sülhməramlıların bölgədə qalma müddətini artırmaq istəyir”

Paylaşın

” Rusiya sülhməramlıların bölgədə qalma müddətini artırmaq istəyir”.

News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Tural Əliyev Rusiyanın bölgədəki maraqları barədə danışarkən deyib. Tural Əliyev bildirir ki, Rusiya regionda öz təsir gücünü saxlamaq üçün sülhməramlıların bölgədə qalma müddətini artırmağa çalışır:

“Azərbaycan sülhməramlıların 5 il müddətində bölgədə qalmasına icazə verib və bu müddətin artırılmasını istəmir. Rusiya çalışır ki, reinteqrasiya prosesi dayansın və vəziyyət gərgin olaraq qalsın. Rusiya həmişə istəyir ki, Qafqazda təsir dairəsini saxlasın. Gərginliyin olmasında buna görə maraqlıdır”.