Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Bakı şəhəri Nəsimi rayonu “Məşədi Dadaş” məscidi dini icmasının üzvləri ilə görüşüb.
Dövlət komitəsinin sədri dini icma üzvləri ilə icmanın gələcək fəaliyyəti, “Məşədi Dadaş” məscidinə yeni imam təyinatı, eyni zamanda qarşıda duran məsələlər barədə ətraflı müzakirələr aparıb.
Qeyd edək ki, “Məşədi Dadaş” məscidinin imamı ilahiyyatçı hacı Şahin Həsənli idi.