Kür çayının vəziyyəti sakinləri narahat edir

Paylaşın

“İki gündü su gəlib bura.Uşaqlar hələ burdan lötkə ilə elə belə ağacla  keçirdilər.Suyun belə olmağı təsərrüfata da ziyandır”.

News365.az xəbər verir ki, bu sözləri Salyan sakini Faxrəddin Abdullayev deyir. Qayıqçı Namiq Hüseynov da indiyə qədər suyun səviyyəsinin bu qədər aşağı olduğunu görmədiyini deyir:

“Bu neçə illər suyun bu vəziyyətə düşməyini görməmişdim. Əsas da bu aylarda.  On gün dayanmışıq. Onu da çəp lötkəsi ilə  zülmlə işləmişik, keçirmişik camaatı o yana bu yana, indi iki gündü 20 – 30 santi gəlib”.
Çayda suyun səviyyəsi artımaq əvəzinə, günbəgün azalmaqda davam edir.Artıq Kürdə suyun səviyyəsi minimum həddən 60-70 santimetr aşağı düşdüyündən vəziyyət kritik həddə çatıb. Bu da yerli sakinlərin narahatlığına səbəb olub. Sakinlərin sözlərinə görə, axıntı olmadığından çay ciddi çirklənməyə məruz qalıb. Vəziyyət o həddə çatıb ki, indi Kürün suyundan istifadə etmək belə mümkün deyil. Su nasoslarının boruları havadan asılı qaldığından sugötürmə qabiliyyətini itirib. Halbuki indiki dönəmdə yaz-tarla işləri başladığından əkin suyuna təlabat daha da artıb. Çayda suyun səviyyəsi həddən artıq aşağı düşdüyündən Kür adi kanala çevrilib. Əkin sahələrinin suvarılmasında çətinlikər yaranıb.
Mütəxəssislər hesab edir ki, Mingəçevirdən çaya buraxılan suyun həcmi artırılmasa, gələcəkdə Kürətrafı bütün yaşayış məntəqələrində ekoloji fəlakət yaşana bilər. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometriologiya Xidmətindən  bildirildi ki, aprel-iyun aylarında Kürdə gursululuğun artması, eyni zamanda anbardan buraxılan suyun həcminin çoxalması çayın aşağı axınında problemin həllinə ümid verir.