İsrail Azərbaycanın yanındadır

Paylaşın

” Hesab edirik ki, bundan sonrakı dövrdə də təhlükəsizlik sahəsində Azərbaycana qarşı real olaraq baş verə biləcək hər hansı təhdidlərin qarşısının alınmasında İsrail xüsusi xidmət orqanlarının rolu aktiv şəkildə özünü biruzə edəcək. Hər iki tərəfdən kəşfiyyat məlumatlarının mübadiləsinin həyata keçirilməsi bölgədə təhlükəsizliyin təmin olunmasına xidmət edəcək”.

News365.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Amid Əliyev bildirir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli qəbul edib.

Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilərək ölkəmizin İsraildə səfirliyinin açılmasının önəmi, eyni zamanda, bu ilin fevralında Prezident İlham Əliyevin Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü qeyd edilib.