Goranboyda toydan qayıdan 3 avtomobil toqquşdu – Ölən var – FOTO

Paylaşın

Goranboyda toydan qayıdan avtomobillərin toqquşması ölümlə nəticələnib.

Nadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində baş verib.

İlkin versiyaya görə, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yol kənarındakı digər maşınlara çırpılıb.

Qəza nəticəsində 1 nəfərin öldüyü, bir nəfərin isə  ağır vəziyyətdə xəstəxanaya aparıldığı deyilir. 
Bildirildiyinə görə, qəzada toqquşan hər üç avtomobildə olanlar toydan qayıdırmışlar. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.