Gəncədə qətl hadisəsi baş verib. Hadisə şəhərin Nəriman Nərimanov prospekti bina 32 mənzil 39 ünvanında olub. Hüquq mühafizə orqanı əməkdaşları tərəfindən sözügedən mənzildə 43 yaşlı Yeganə Hümbətovanın üzərində xəsarətlər olan qadın meyidi aşkar olunub. İlkin araşdırma zamanı müəyyən olunub ki, qadını həyat yoldaşı Elşən Quliyev bıçaqla qətlə yetirib.
Qonşular news365.az-a bildirdilər ki, ailə ünvana yeni köçdüyündən cütlüyü tanımayıblar. Qaldıqları müddətdə də qapalı olub. Qonşularda hadisədən sonradan xəbər tutub.
Cinayəti törətməkdə şübhəli bilinən ər hadisə yerindən qaçıb.Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Gəncədə qətl hadisəsi baş verib
