“Fransa demokratiyadan danışır, ancaq “

Paylaşın

” Bu işğalçılıq siyasətinin, işğalçı psixologiyanın təzahürüdür. Mədəni dəyərlərin, baza prinsiplərinin və fundamental azadlıqların qorunub saxlanılması hər bir dövlətin hər bir dövlətin özü üçün götürdüyü prioritet istiqamət olmalıdır. Milli azlıqların dillərinin assimilyasiya olunması, mədəni dəyərlərinin təyziq altında saxlanılması Fransanın işğalçı psixologiyasının XlX əsrə daşındığının göstəricisidir. Təəssüflər olsun ki, dünyada özünü demokratiyanın carçısı kimi təqdim edir. Anti- Azərbaycan çıxışlarına, Azərbaycan əleyhinə olan propaganda təbliğatına da baxsaq, əslində Fransanın heç də beynəlxalq hüquq normalarına əsaslanan, ədalətli dövlət olmadığını açıq şəkildə görə bilərik”.

Bu sözləri politoloq Aytən Qurbanov News365.az saytına açıqlamasında səsləndirib. Politoloq Fransanın Azərbaycana qarşı qərəzli mövqe sərgilədiyini qeyd edib.

Qeyd edək ki, sabah- Martın 14-də Avropa Parlamenti Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətinə dair qətnamə qəbul edəcək.