” Artıq Rusiya Ermənistanı açıq şəkildə dəstəkləmir. Paşinyan özü də bunu bəyan edib. O bildirmişdi ki, Rusiya artıq Ermənistana dəstək vermir, buna görə də Ermənistan KTMT-dən çıxır. Yəni Ermənistan anlayır ki, onu dəstəkləyən qüvvələr azalır. Fransa Avropa Missiyasını Ermənistana göndərmiş ola bilər. Lakin bunlar təsiredici nəticəyə gətirməyəcək. Buna görə Paşinyan Arayik Arutunyana işarə etdi, Azərbaycanla özü danışsın və müəyyən nəticələr əldə olunsun. Bu Ermənistanın ərazi iddialarından əl çəkməsi demək deyil, lakin yenə də faktiki manevrdir”.
News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Fikrət Sadıqov Paşinyanın Putinlə telefon danışığını şərh edərkən deyib.
Qeyd edək ki, Ermənistan mənbələrinin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan sabah mətbuat konfransı keçirəcək.
Bununla bağlı siyasi şərhçi bildirir ki, Paşinyan həmişə olduğu kimi yenə də Azərbaycana qarşı əsassız iddialarla çıxış edəcək:
” Mətbuat konfransında Paşinyan yenə də Azərbaycanı işğalçılıqda günahlandıracaq. Azərbaycanın Laçın yolunu blokadada saxladığını, Qarabağa enerji ötürülməsi dayandırdığını bildirəcək. Daha əvvəl olduğu kimi əsassız bəyanatlarla çıxış edəcək “.