” Erməni lobbisinin gücünü çox şişirdirik. Erməni lobbisi burada ikinci və üçüncü roldur. Əsas məsələ odur ki, Avropa institutları, təşkilatlarını birləşdirən dəyərlər var.”
Bunu news365.az-a açıqlamasında siyasi şərhçi Rizvan Hüseynov bildirib. Onun fikrincə, Azərbaycana qarşı bu cür qərəzli qətnamələrin qəbulunda Fransa maraqlıdır
“Bu dəyərlər bizə xeyir vermir. Burada ümumxristian maraqları var. Avropa təşkilatları dedikdə, onlar əsasən Fransanın maraqlarını təmin edir. Eyni zamanda Ermənistanda fəaliyyət göstərən Avropa ” humanitar” missiyası Fransa tərəfindən idarə olunur. Fransa və Avropa dövlətləri bölgədə öz geopolitik maraqları naminə xaos, özbaşınalıq yaradır və Azərbaycanın mövqeyini zəiflətmək üçün qətnamələr, sənədlər qəbul edir”.
Qeyd edək ki, Martın 14-də Avropa Parlamenti (AP) növbəti dəfə Azərbaycana qarşı obyektivlikdən və reallıqdan uzaq, böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu qərəzli qətnamə layihəsinin ilkin mətnində Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya blokadada olması kimi iddialar yer alıb.